Bəxt
Yuxuma girmişdi, kömək istədi,yüyürdüm, gördüm ki, yol yarı olub.Bir az su istədi, çörək istədi,İlahi, nə gözəl anlarım olub.
Qulluq eləyəydim ömrüm uzunu,getdiyim yer uzaq, yol qar olaydı.Təzədən görəydim bir yol uzunu,vaxt özü bircə yol təkrar olaydı!
Həkim çağıraydım, dərman gəzəydim,dadaydım tamını ağrı-acımın.Sonuncu yarpaq tək üstə əsəydim,Sara! – çağırdığım sərv ağacımın.
Saçını darayıb müti duraydım,qalxıb gəzinəydi o yavaş-yavaş.Yanında bir az da çox oturaydım,Üzünə bir az da çox baxaydım kaş.
Mənim bəxtim idi məni səsləyən,eşidib qalxmışdım mən bu fəryadı.Bəxtini gözüylə görmək istəyənbaxsın qadınına –bəxt yanındadı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-bext
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Kaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Gözəl dərdMəhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
MəniCəsədim möhnətə, narə qalandıYandırıb döndərib küllərə məni.