Rəşid Nəsiboğlu bəstələmişdir

Eh, bir vaxt evləndik,qaynadıq-qarışdıq,küsüşdük, barışdıq,sən demə, hamısı zarafat.

Dəyişdi səmtinisuların axarı,yuxarı, aşağı,aşağı, yuxarı.Qarışdıq çəməndəgüllərin ətrinə.Dəydik də arabirsən mənim xətrimə,mən sənin xətrinə,küsülü yaşadıq bir evdəüç saat, beş saat...Axırı yenə də zarafat.Bir evdə olmasa zarafatdağılar o həyat,uçular o həyat.Qız oldu ilkimiz,böyütdük ikimiz.Özümüz böyüdük bir az da.Beləcə dəyişdikzarafat-zarafat,sən ana, mən ata!Sonra da oğlumuz, –oğul da sonrakı arzumuz.Yaşadıq gah ona,gah buna muğayat.Qalxdılar,uzandı boyları maşallah,bu da bir zarafat.Saçlara xəlvəti dən düşdü,Dağlara çən düşdü,dağlardan bir duman endi də.Tanınmaz olduq biztanına-tanına, –beləcə dəyişdik indi də.Gözəldi yaşamaq,gözəldi bu həyat.Hayıf ki,

hamısı xəbərsiz,hamısı bir anlıq.Eh səni hardasanənəlik gözləyir,məni də babalıq.Bu boyda zarafat?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов