Şəfiqə Axundova bəstələmişdir

Yolunu gözlədim... xəbərin oğlum,ləngidi yollarda, izlərdə qaldı.Sənsiz buz bulaqlar göy meşələrdə,ceyranlar, cüyürlər düzlərdə qaldı.

Getdin köməyinə elin, vətənin,kəsdin qabağını dumanın, çənin.Boy gördüm, boyuna bənzətdim sənin,göz gördüm, gözlərim gözlərdə qaldı.

Yaşatdın ellərin hər öyüdünü,anan halal edir sənə südünü,Hər il yaşa dolur Qələbə günü,adın söhbətlərdə, sözlərdə qaldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине