Xəyyam Mirzəzadə bəstələmişdir

O, burdan gedəlimən bura gəlmirəm.Soruşma niyə bəs?Bilmirəm, bilmirəm, ay yaşıl söyüd.

Gəlibmi, gedibmiyanına o mənsiz?Sən onsuz özgəsən,yad olub o, sənsiz, ay yaşıl söyüd.

Yağışlar yağanda,yığırdı ovcunao sənin saçını,mən onun saçını, ay yaşıl söyüd.

Yanına qaçardıgülüşə-gülüşə,yıxıla-yıxıla,sürüşə-sürüşə, ay yaşıl söyüd.

Küsülü gülüşüdüşürmü yadına?Saçların tökülübayaqlar altına, ay yaşıl söyüd.

Küləklər necə sərtəsərmiş, ay aman!Mənəmmi pərişan,sənsənmi pərişan, ay yaşıl söyüd?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов