Taleyin dalınca
Sən görüşə çıxırsan,mübarəkdi, qadası:Ömrün ilk səhəridi,yolun ilk astanası.
Niyə yol çəkir gözün?o yola göz tikən var, –o yola tələsən var,o yola gecikən var.
Taleyiyin dalıncagedirsən, yox xəbərin.O qız ən vacibidisəni gözləyənlərin,səni istəyənlərin.
Demə, adı tanışdı,demə, kimdir o tanış?!Qohumdan-əqrəbadanirəlidir o tanış,özgə bildiyin o qız,o gülərüz, ayqabaq.Bəlkə anadan əziz,bəlkə atadan qabaq.Bu gün yox, sabah, sabah!Dünyada tək qalanda.Bu dünya boşalandavə təzədən dolanda.
Qabaqda qırx var hələ,qırxdan sonra əlli var.Böhtan var, təsəlli var,bir dərdin yüz həlli var.O həllin də dərdi var.Dostun üzü dönüyü,qohumun namərdi var.
Təklik var yer üzündə,kimsəsiz yaşamaq var,kefsiz var, kef-damaq var.Ögeylər, doğmalar var,sıxmalar, boğmalar var.
Ədalətin adı var,Azadlığın tərifi.Biri yapon dilidi,o biri çin hərifi.Bu yollarda gərəkdiyol gözləyən o pəri.Arxadı, addı-sandıo qız səndən ötəri,həyatda bir həyatdı.Özü gör necə zərif,gör necə amanatdı.Qızıl güldü, lalədi,bənövşədi qismətin.Qadın – möcüzəsidir,sirridir təbiətin.
Tale aldı əlimdənO çıxmışdı qarşıma.Vətənsiz yaşa qardaş,qadınsız yox, yaşama.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-taleyin-dalinca
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
SöyləGünlərim axışır bir uyğu kimi -Dərədən-dərəyə axan su kimi,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd