Nə istəyirəm
Nə sənintək çatım uca bir rütbəyə,Nə var-dövlət, nə bağça-bağ istəyirəm.Taleyinin axırını görüm deyəSəndən bir gün çox yaşamaq istəyirəm.
Sən ağa göy, göyə qara deyə-deyəUcalırsan pillə-pillə gündən-günə.Qamətini sən ikiqat əyə-əyəQovuşursan hər arzuna, istəyinə.
Dünən başqa sözlər idi dediklərin,Bu gün başqa hava olub çaldıqların.Bu gün onun bəhrəsidir yediklərin,Bir dilənçi payı kimi aldıqların.
“Dost” bu ali həqiqətə sən də inan:Yüz alçaqlıq boy atsa da ucalmayır.Gəncliyində ləyaqətlə yaşamayanTəmiz, müdrik insan kimi qocalmayır.
Elə bilmə ünvanına pis deyirəm,Zaman özü açacaqdır paxırını.Səndən bir gün çox yaşamaq istəyirəmGörmək üçün taleyinin axırını.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-ne-isteyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение