Başçı yalan danışsaEllər çəkər xəcalət.O torpaqda, o yerdəİtər xeyir-bərəkət.Gül-çiçəklər saralar,Vaxtsız solar bahar, yaz.

Sevən yalan danışsaLəkələnər məhəbbət.Dönüklük at səyirdər,Ölər vəfa, sədaqət.Dodaqda nəğmə donar,Susar kaman, telli saz.

Şair yalan danışsaQara geyər həqiqət.Göydə günəş qaralar,Örtər torpağı zülmət.Allah yalan danışar,Şair yalan danışmaz!

Budur şair yalanı,Dinləmişəm onu mən,Dinləmişəm onu mənBir şairin dilindən:

“...Bir qolsuz əyləşibdirPiano arxasında,Kor not varaqlarınıO çaldıqca çevirir.Bir lal nəğmə söyləyirSəhnənin ortasında,Kar dinləyir, düşünür,Kədərlənir, sevinir...”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов