Bizim planet
Meteor selini keçib cürətləLacivərd göylərə insan saldı iz,Baxdı ucalıqdan Yerə heyrətlə,Dedi: – Nə gözəldir planetimiz!
Gözünə işıqlar dəydi birinci,İşıqlar – qırmızı, yaşıl, ağ, sarı,Hərəsi bir yaqut, zümrüd, bir inci,Süzdü gözdolusu bu işıqları.
Gözünə silsilə dağlar göründüKarvana düzülmüş dəvələr kimi.Dağların döşündən duman süründüTəzə iməkləyən nəvələr kimi.
Göründü insana dənizlər, göllərYeni qalaylanmış tava kimi ağ.Göründü arpalı, buğdalı çöllər, –Sanki zəfərandır Yerdə bir tabaq.
İnsan yüz mərtəbə evlər gördü ki,Yapışıb torpağa göbələk kimi.İnsan kənd gördü ki, şəhər gördü ki,Gözləri oxşayır yeddi rəng kimi.
İnsan iki lövhə gördü cahanda:Ölkə var oyaqdı, el var yatırdı.İnsan gülümsədi göydən baxandaYer nəhəng bir topu xatırladırdı.
İnsan bir qürurla süzdü bunları,Süzdü ulduzların bərabərindən,Dedi: – Nə gözəldir bizim Yer şarı!Baxdı, köks ötürdü insan dərindən.
Birdən çöhrəsini bürüdü kədər,Dolandı başına onun kosmos da.Qorxdu – bu gözəllik məhv ola bilər,İynə batmış kimi partlar bu “kos” da!
İnsan bilirdi ki, Yer kürəsindəQucağı doludur arsenalların.Ölüm qoxusu var buz nəfəsindəQarımış, qartımış generalların.
Səmadan görünən zümrüd meşəninQoynunda torpaq var, – insan bilirdi.Düzlərə çiçək yox, raket döşənib,Raketlər danışar, – insan bilirdi.
Bilirdi neytron, atom haçaqdırYatır yuvasında bir ilan kimi,Töküb zəhərini sıçrayacaqdırO, “qış yuxusu”ndan ayılan kimi.
Bilirdi altında qayıqlar üzürQalaylı tavaya bənzər dənizin.Bilirdi od yüklü təyyarə süzürLacivərd qoynunda göylərimizin.
Bunları görmüşdü insan min kərə,O, Yerdən gəlmişdi, burda uçsa da.Bilirdi yenə də dönəcək YerəUlduz aləmində qanad açsa da.
Kimsəsiz qoynundan uçan daşlarınİnsan var səsiylə qışqırdı birdən:Ey Yer kürəsinin vətəndaşları,Kosmosdan seyr etdim bu torpağı mən.
Necə də sakitdir meşə, dəniz, dağ!Kaş bu ucalıqdan görəydiniz siz.Gəlin, onu belə sakit saxlayaq,Nə qədər gözəldir planetimiz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-bizim-planet
Клавиши ← → для перехода, R — случайное стихотворение