Gəlin yallı gedək bizKönlümə yallı düşüb.Xəyalım babalarınRuhu ilə görüşüb.

Gəlin yallı gedək biz,Gedək Şərur yallısı,Mərdlik, dözüm, azadlıq,Hünər, qürur yallısı.

Bir yallı ki, QobustanQayasına yazılıb,Bu torpağın ruhuna,Mayasına yazılıb.

Əllər bir-biriniQoy tutsun, ayrılmasın.Əllərin bu birləşən,Zənciri qırılmasın.

Yallı gedən cərgələrHəm də sıx olsun gərək, —Lap İçərişəhərinQala divarlarıtək.

Halayımız uzansınQranit çəpər kimi,Yurdumuzun belinəHeç tonqal da çatmayaq.

Dolansın sipər kimiQüdrədəndir odumuz,Elə oddan yaranıbAzərbaycan yurdumuz.

Qaynaqlansın əlimizDəmirtək bir-birinə.Dönək bütöv VətəninDəmir sərhədlərinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине