Mən bilmirəm zarafatdır, həqiqət —Deyirlər ki, hərə bir cür dəlidir.Özgəsinə söyləməyə nə hacət,Bu söz elə mənə deyilməlidir.

Bəzən uzaq səfərlərə çıxıram,Bir ay sonra qayıdıram Vətənə,El-obama başqa gözlə baxıram,Elə bu vaxt dəli deyin siz mənə.

Görürəm ki, Göy göl olub okean,Qız qalası ucalıbdır əlli qat.Cənnət sözü deyiləndə hər zamanLüğətçilər belə yazır: Batabat.

Kainatda, bircə günəş olsa da,Öz məxsusi günəşi var Muğanın,O yanacaq ərzi zülmət alsa da,Qaralsa da, al günəşi cahanın.

Görürəm ki, göy səmanın tağınıMənim saysız buruqlarım saxlayır.Yoxsa uçar ulduzların yığını,Gümüş Ay da mehvərindən laxlayar.

Görürəm ki, hamı nəğmə düzəldir,Fəqət əldə nə kaman var, nə söz var.Xəritələr ona görə gözəldirOrda Kür var, göy Xəzər var, Araz var.

Qobustanmış Luvrun adı əzəllər,Cenevrənin əzəl adı Lənkəran.Bilinməzmiş çörək dadı əzəllərOlmayanda Azərbaycan – bu məkan.

Deyirlər ki, hərə bir cür dəlidir,Dəli edib məni sevgi, məhəbbət,Bu söz elə mənə deyilməlidir...Ah, ayrılıq, ah, bir aylıq səyahət!

Torpağa bax, daş da açar gül-çiçək,Dodağımı tez sıxıram mən ona.Mümkündürsə mənə dəli deməməkOnda elə Qeys deyin Məcnuna.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине