Mən öz familimin qədimliyiləİngilis lordutək qürrələnmədim.Çoxları səsini çəkəndə ziləMən heç danışmadım, mən heç dinmədim.

Nəslində naqislik olanlar ancaqŞöhrətdən dəm vurar söhbətlərində.Mən adi çinaram — kök, gövdə, budaq —Budağım göylərdə, köküm dərində.

Yaşımı bilmirəm — İlyas NizamiKölgəmdə dincəlib şeir deyərək.Kəpəz kövrələndə Məhsəti kimiGözündən Göygölü salıb damcıtək.

Şimşəyi saxlayar qolum-qanadım.Gövdəm bir dayaqdır ərşə sanaram.Mən bir çinaram ki, şöhrətim, adımƏlimdən çıxarsa, solub yanaram.

Mən bir çinaram ki, öldürməyibdirMəni fatehlərin oxu, gülləsi.Fəqət qürurumu bəzən əyibdirAdıma bağlanan bir yad kəlməsi.

Neçə padşahın, kralın, çarınTaxtınır tarmar görən çinaram.İzi də qalmayıb bu gün onların,Mən yenə vüqarla dururam, varam.

Məni sinəsində saxlayan torpaqTanının dünyanın hər bir yerində.Mən adi çinaram — kök, gövdə, budaq —Budağım göylərdə, köküm dərində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов