Azəroğluna

Nə yaxşı ki, sən var idin yer üzündə,Nə yaxşı ki, ulduzumuz qoşa yandı.Mənası var gecənin də, gündüzün də,Biz yandıqca yollarımız işıqlandı.

Nə yaxşı ki, ürəyimiz birgə vurdu,Nə yaxşı ki, el dərdinə qoşa çəkdik.Nə yaxşı ki, yer üzündə sevgi vardı,Bu sevgisiz biz xəyala dönəcəkdik.

Nə yaxşı ki, sənin nəğmən, mənim nəğməmQoşa uçdu bağça-bağça, çəmən-çəmən.Nə yaxşı ki, sənin sinən, mənim sinəmGah kədərə, gah sevincə oldu məskən.

Nə yaxşı ki, yer üzündə biz də varıq,Nə yaxşı ki, haqq yolunda əsgərik biz.Zərrələrik, dalğalarıq, ümmanlarıq,Torpaq üstə qoşa qalır izlərimiz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви