Sənin nəfəsin
Sənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.Əlin əlimə dəysə, dünya verilər mənə,Aləm dönər gülşənə,Könlümdəki arzular bir daha gözəlləşər,Eşqim sənin önündə dönə-dönə baş əyər.Təkcə səni səslərəm, əcəl qapımı döysə!..Bahar nəfəsin əgər qışda bağıma dəysə,Silkələyib qarını ağaclar yarpaqlanar,Göydə yağışın, qarın buz qapısı bağlanar.Bağımın torpağına dəysə ayağın əgər,Çiçəklər baş qaldırıb gül qədəmindən öpər.Qönçələnər bir anda nəğmələr dodağında...Nəğməni eşitməsəm ömrüm, günüm heç olar.Gözün gözümə dəysə gecə qaranlığında,İki gözüm gecəyə sönməyən günəş olar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-senin-nefesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Deyirsən ki...Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Стихи других поэтов · О любви
Mən sevdiyim mərmər sinəli yarın,Deyirlər, qoynunda yabançı əl var!
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.