Gülüstan Qubadır
İlk bahar bülbülünün dərdinə dərman Qubadır,Ətri xoş hər çiçəyi, hər gülü xəndan Qubadır.
Bir qızılgül qoparıb mən taxıram öz sinəmə,Deyirəm bəlkə mənim can evimə can Qubadır.
Sevirəm alnı açıq, bəxtəvər insanlarını,Hər zaman dildə böyük şöhrəti dastan, Qubadır.
İnanın sözlərimə, misli tapılmaz bu yerin,Məni hüsnilə edən, doğrusu, heyran Qubadır.
Görürəm mən, seçilir başqa şəhərdən gecələr,İncə güllərlə, çiçəklərlə çırağban Qubadır.
Mən vətəndən çox uzaqlarda gəzirkən demişəm –Min gülüstana əvəz məncə Gülüstan Qubadır.
Gələrək vəcdə bu torpaqda gözəl nəğmə yarat,Cənnətin cənnəti fəxr et ki, Süleyman, Qubadır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-gulustan-qubadir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dinlə, a dostum Xəzər, bələdəm bu sirrə mən,Yarandığın o gündən
Dəniz şəhərindəXəzri yenə gurlayır buludlu göylər kimi,Hədələyir yenidən bizim Neft daşlarını.
MeynələrƏkdim sizi dünən özüm, meynələr,Üstünüzdə oldu gözüm, meynələr!
BilməzSevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Стихи других поэтов · О природе
Torpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Kədər başdan-başa sinəmi tutmuşKədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.
Dəniz olmaq lazımdırQızılgül açan bağçada,baharın oğlanı çağı