Əkdim sizi dünən özüm, meynələr,Üstünüzdə oldu gözüm, meynələr!

Çubuğunuz elə bil ki, söz qanır,Bığlarını eşə-eşə uzanır.Nə istidən, nə küləkdən usanır,Yoxdur sizə daha sözüm, meynələr!

Zəhmətimi qoyun alım qələmə,Quraqlıqda, – bəllidir bu aləmə –Dibinizə bol su tökdüm selləmə,Qumlar üstə qaldı izim, meynələr!

Yastığınız Abşeronun qumları,Mirvaridir sanki onun qumları.Bilməsə də qayda-qanun qumlarıDözər buna, dözər bizim meynələr.

Sağaldıqca xəzrilərdən yaranızQumlar üstdə nəfəs alır qoranız.Təbiətlə düzələndə aranız,Gəlin sizə qurban kəsim, meynələr.

O zaman ki, salxımınız xal salır,Hüsnünüzə insan baxıb mat qalır.Bostandakı kal qarpızı dərd alır,Qiymətlidir ondan üzüm, meynələr!

Misilsizdir qara şanı, ağ şanı,Hərəsinin ayrı-ayrı nişanı.Hər salxımı bal şanıdır, bal şanı,Qoy onları özüm üzüm, meynələr!

Kəhrabatək saraldıqca hər giləSəbət-səbət göndərirəm yargilə.Bir bağda ki, güllər gülə, bar güləNecə gülməz mənim üzüm, meynələr!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов