Sevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.

Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül,Gecə-gündüz başı üstündə onun əs – bilməz.

Eşqə biganə olan eylə gözəllər var ki,Sevirəm söylə, bütün aləmə sal səs – bilməz.

Deyirəm, sevgili cananıma canım qurban,Can fəda eyləməyən eşqi müqəddəs bilməz.

Rüstəmin onda ki, canan görünür gözlərinə,İmtahançın sən onun barmağını kəs – bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви