Aşıq Şenlik:Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,Eşidib vəsvi-halım, cavabını bilsən, yar.Qəflətən gördüm səni, məsd oldu didəm nuru,Bu ziyada qəmər olmaz elə bildim günsən yar.

Şair Nəbi:Şairə rəhmin gəlib bir danışıb gülsən yar,Çox çəkirəm həsrətini, xəyalımı bilsən, yar.Boyun bənzər sürahiyə, lalələr şəbnəmsən,Seyr edək ol qamətə, qarşımızda qalsan, yar.

Aşıq Şenlik:Şox tutub qiyğac baxışın az qalır əqlim ala,Sızıldaşır əzalarım, vücudum gəlir dilə.Yanar-yanar atəşinə, sonra da dönər külə,Gecə-gündüz leylü nahar intizarım sənsən, yar.

Şair Nəbi:Bu bağçanın bülbülüyəm, göz dikmişəm bir gülə,Dolandı çərxi gərdiş, zəmanam keçdi belə.Yanıram atəşinə, necə ki, Kərəm, Lələ,Həsrətəm didarına, xəyalımı bilsən, yar.

Aşıq Şenlik:Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi,Könül xəstə, dil şikəstə, eşq atəşi candadı,Camalına bənd olmuşam, ixtiyarım səndədi,Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar.

Şair Nəbi:Şair Nəbi eşq ucundan sanki dönüb ümmana,Xilaf eylər xam xəyalım, bax sərimdə dumana,Açılıb hüsnün şoxu, bənzər huri-qılmana,Gözüm görüb, könlüm sevib, haq yaradan qulsan, yar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви