Olmuşam
Aşıq Şenlik:Ta əzəldən qətrə ikən bəhri ümmün olmuşam,Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam.Söylənər cümlə cahanda şanı-şöhrətim mənim,Aşiqlərin arasında natiq-lisan olmuşam.
Şair Nəbi Borçalı:Mey nuş etdim pir əlindən, meyi-məsdan olmuşam,Gecə-gündüz nar içrəyəm, misli pərvan olmuşam.Bax əzazil mənlik edir, indi qalar lal təki,O səbəbdən aləm içrə xaki-yeksan olmuşam.
Aşıq Şenlik:Eşq içrə qəvvas olub, ya bəhrə, dalsam gərək,Çarə budur aqibətin, sazını alsam gərək.Çevirib hər tərəfə, qanadın yolsam gərək,Sən kimi sərçə önündə misli-tərlan olmuşam.
Şair Nəbi Borçalı:Əgər ki, aşıq isən hərf oxu, imlanı gör,Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör,Öz–özünü şahin sanma, zümrüdü-əfqanı gör,Zərrəcən verməm əman, mərdi-meydan olmuşam.
Aşıq Şenlik:Şenliyəm, belə lafdan çəkərəm qovğaları,Nə yerdə aşıx görsəm, edərəm sualları,Çoxlarını mətəl etdim, sən kimi ustadları,Düşməndən geri dönməz, mən bir aslan olmuşam.
Şair Nəbi Borçalı:Adımdı Şair Nəbi, sənətin binasıyam,Sərraf olsa, bu məkanda aşıqların xasıyam.Aşıq olub, el gəzmişəm, mən elin anasıyam,Tutmuşam meydanını, dönməz pəhlivan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-senlik-olmusam-nebi-senlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi.Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən.
AşıqAbbas:Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,
DeyilAbbas:Çox da cələllanıb çıxma qarşıma,
ƏyləndiAbbas:Siftah nədən binə qurdu dünyayı,