Könlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.

Ahəstə şanə çək, gözəlim, tari-zülfünə,Hər bir telində min dili-divanə bağlanıb.

Saqi, aparma məst məni xüm ayağına,Məstanələr yatıb, dəri-meyxanə bağlanıb.

Könlüm üzün qəmindən olub bənd zülfünə,Pərvanə sanki şəmi-şəbistanə bağlanıb.

Meyxanələr açıldı, qədəhlərdə nəşə var,Möhnət binası xaneyi-viranə bağlanıb.

Sənan əgər ki, bağladı zünnar, bilmədi,Aşiq həmişə türreyi-cananə bağlanıb.

Vahid, zəmanə xubləri keçdi cənnəti,Zahid hənuz rövzeyi-rizvanə bağlanıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви