Dedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.

Naz ilə, qaş-göz ilə can alırıq aşiqdən,Ev yıxan, qan axıdan xəncərimiz evdə qalıb.

Bu gözəlliklə ki, biz naz ilə min can alırıq,Hələ bizdən də gözəl dilbərimiz evdə qalıb.

Çeşmi-cadumuza heyran olan aşiq çoxdur,Fitnələr yağdıran afətlərimiz evdə qalıb.

Biz əsir eyləmişik zülf ilə biçarələri,Neçə Məcnuni-vəfapərvərimiz evdə qalıb.

Şeyx Sənan kimi aşiqləri yoldan çıxaran,Dinü dil qarət edən kafərimiz evdə qalıb.

Hələ mən Vahidiyəm Azərbaycanımızın,Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви