Yayıldı sevgimiz, ey şux, hər diyarə bizim
Yayıldı sevgimiz, ey şux, hər diyarə bizim,Bütün məhəbbətimiz çıxdı aşikarə bizim.
Gülüzlü şux gözəllərlə ölkəmiz bəzənib,Nə ehtiyacımız indi yeni baharə bizim?
Fərəhli yurdumuzun nazənin sənəmlərininAyaqlarından öpür ay, günəş, sitarə bizim.
Bizi sevindirən ancaq vətən məhəbbətidir,Yox eşqimiz bu gözəl ölkədən kənarə bizim.
Vətən çiçəklərinin biz sevimli bülbülüyük,Nə meylimiz gülə vardır, nə laləzarə bizim.
Olaydı kaş elə bir əhli-hal dünyadə,Bütün bu sevgimizi söyləyəydi yarə bizim.
Bu arzudayıq hər gün böyük təbiətdənYüz il də ömrümüzü artıra dübarə bizim.
Zəmanə get-gedə, Vahid, dönüb behişt olacaq,Neçün ki, qüdrətimiz var hər iqtidarə bizim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-yayildi-sevgimiz-ey-sux-her-diyare-bizim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O qarə zülfün əlindən bəlalıdır könlüm,Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.
Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!Eşqində mən yanan kimi, bir sən də yan görüm!
Kami-dil almadı dil ol mələki simadanKami-dil almadı dil ol mələki simadan,Əlqərəz kim, bizi bifeyz elədi röyadan.
Bir büti-qönçə ləbin hicri edib bağrımı qanBir büti-qönçə ləbin hicri edib bağrımı qan,Eylərəm bülbüli-şuridə kimi ahü fəğan.