Sandım vəfalı, hər gülə ümmid bağladım,Axır vəfası olmadı, dərdimdən ağladım.

Bir cümlə tapmadım ki, ola eşqdən gözəl,Tarixi – hər səhifəni açdım, varaqladım.

Dünyanın eyşü nuşuna aludə olmadım,Gülgün şərabı atdım əlimdən, ayaqladım.

Divanələrtək olmadı həmraz olan mənə,Qəm guşəsində nalə çəkib, diz qucaqladım.

Bir lalə üzlü, fitnə baxışlı, şəkər ləbinFərhadı oldum, eşqi ilə sinə dağladım.

Bildim gilayə eyləcək dilbərim mənə,Fürsətdən istifadə edib mən qabaqladım.

Vahid! O kimsələr ki, gülüstani-şerdənGül dərdi getdi, xarü xəsin mən alaqladım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви