Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olub
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Kim, iki sərçeşmədir, cana, dü çeşmin, qıl yəqin,Qorxum oldur, qərq olam, əzbəs axıb ümman olub.
Atəşi-ahim sədasi çulğayıb səhraləri,Ahü naləmdən fələk müddətdi, sərgərdan olub.
Həddi olmaz ola həmta, eşqdə Sənan mənə,Qeysü Fərhad ahü naləmdən mənim pünhan olub.
Sən məhi-övci-vəcahətsən, sənə yoxdur zəval,Vəslinə yetsəm, çətin can verməyim asan olub.
Vahidi salma, amandır, çeşmidən, ey mahru,Neçə müddətdir qapında kim, sənin dərban olub.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-firqetinden-ey-lebi-qonce-bu-bagrim-qan-olub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.
Sənsiz səmadə olsa mələklərlə ülfətimSənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Aşiqə bülbüli-şeyda deməyim, bəs nə deyim?
Bir sən kimi vəfasız olan yarə neyləyimBir sən kimi vəfasız olan yarə neyləyim,Canan ki verdi könlünü əğyarə, neyləyim?!