Sünbülü gül öylə kim, zülfü rüxünlə xu tutub,Gül üzündən ətr alıb, sünbül saçından bu tutub.

Guşeyi-əbrulərində xaldırmı, bilmirəm,Ya qılınclardır əlində bəççeyi-hindu tutub?

Ey hilaləbru, deyil xurşid hər gün sübhdəm,Çərx əksin görməyə göydən yerə güzgu tutub.

Çeşmi-məxmurun müsəxxər qıldı canü könlümü,Gör necə səyyadi-mahirdir, iki ahu tutub!

İntizari-qamətü ruyinlə olmuş müztərib,Sərvü gül bağ içrə müddətdir, kənari-cu tutub.

Ay batıb, ya gün tutulmuş, əbri-zülmətdir məgər,Yoxsa, yarın gül üzün geysuyi-ənbərbu tutub?

Naz ilə, Vahid, yenə qan tökmək istər xatiri,Tiri-müjganın əlində ol kamanəbru tutub.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви