Gözəlim, gül üzünə kim ki, tamaşa eylər,Qorxuram, eşqimizin sirrini ifşa eylər.

Kəcnümalər sənə mənə verir öz qəlbi kimi,Qəlbisaflar səni düzgün yola mənə eylər.

Yüz min aşiq gələ, mindən biri Məcnun olmaz,Yenə Məcnununu təyin özü Leyla eylər.

Bu cəfalar ki, mənə dilbəri-məhrulər edir,Cümləsin toplasalar bir yerə, dünya eylər.

Duydum axır ki, rəqibin mənə xainliyini,O mənim istədiyim yarı təmənna eylər.

Eşq sövdasına kim düşsə, bəlalər çəkəcək,Şeyx Sənan ola gər, eşq onu rüsva eylər.

Qorxma, Vahid, hədə eylərsə də, biganə sənə,Nuri-həqq, zülmət olan yerdə təcəlla eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви