Gözəllər, mahpeykərlər könüllər qan edənlərdir
Gözəllər, mahpeykərlər könüllər qan edənlərdir,Cəfa rəsmində bu bimehrlər tüğyan edənlərdir.
Ümidi-vəsl ilə hər qarə zülfə payibənd olmaKi, onlar aşiqi sərgəşteyi-hicran edənlərdir.
Bu müşkin türrəli, ahu baxışlı nazənin bütlər,Fəzayi-eşqdə üşşaqı sərgərdan edənlərdir.
O məcnunlar ki, eşq içrə əsiri-dami-zillətdir,Dəmadəm arizuyi-türreyi-canan edənlərdir.
Züleyxa ismətində naz edən hər şuxə aldanma!Əzizi-Misri onlar bəsteyi-zindan edənlərdir.
Rüxün dövrün müsəxxər qılsa xəttin, etiraz etmə,Məlahət mülkünə zinət verən, üsyan edənlərdir.
Gülüzlü nazəninlərdən cəfalər çəkmişəm, Vahid!Neçün ki, əndəlibi-könlümü nalan edənlərdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gozeller-mahpeykerler-konuller-qan-edenlerdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ürəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Aldı mey camini ol yari-güləndam əlinəAldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.
Əgər mən olsam, o geysuyi-müşkitər yerinəƏgər mən olsam, o geysuyi-müşkitər yerinə,Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.
İcazə ver, baxım, ey gül, o qarə gözlərinəİcazə ver, baxım, ey gül, o qarə gözlərinə,Vurulmuşam, nə edim, aşikarə gözlərinə.