Könlüm yenə bülbül kimi şeydayi-vətəndir
Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,Məcnun edən aşiqləri Leylayi-vətəndir.
Yüzlərlə gözəl aşiqi olsam da mən, ammaQəlbim yenə də aşiqi-sevdayi-vətəndir.
Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,Ondan da gözəl xəlqə təcəllayi-vətəndir.
Qoymaz bu müqəddəs yerə biganə toxunsun,Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.
Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,Cənnət də, behişt də bizə səhrayi-vətəndir.
Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,Məşuqə mənə eşqi Züleyxayi-vətəndir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-konlum-yene-bulbul-kimi-seydayi-vetendir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bilməm, nə etmişəm, yenə yar istəmir məni,Uymuş rəqibə nazlı nigar, istəmir məni.
Sən nəzərdən salmasaydın, ey hilaləbru, məniSən nəzərdən salmasaydın, ey hilaləbru, məni,Dami-eşqə bunca salmazdı yetən məhru məni.
Qismət et, yarəb, mənə daim meyü meyxanəniQismət et, yarəb, mənə daim meyü meyxanəni,Xali etmə məclisimdən saqərü peymanəni.
Oldum cünun görcəyin o zülfü qarəniOldum cünun görcəyin o zülfü qarəni,Saydım səbahədək göy üzündə sitarəni.
Стихи других поэтов · О любви
Kainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Sevgi gözəl bəladıSevgi gözəl bəladı,Bəlası mənə gəlsin.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.