Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,Fələk incir fəğanımdan, necin gəlməz, necin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,Nə bir yaru nə bir qəmxar, necin gəlməz, necin gəlməz?
Könüldə ahu zarını var, nə səbru nə qərarım var,Deməz bir dufikarım var, necin gəlməz, necin gəlməz?
O zulfi-nərgisi-məstə konul coxdandı pabəstə,Məni hicran edib xəstə, necin gəlməz, necin gəlməz?
Səri-kuyin gəzər konlum, guli-ruyin sevər könlüm,Vüsalın cün dilər könlüm, necin gəlməz, necin gəlməz?
Alıbdir canımı hicran, olubdur gozlərim giryan,O məhvəş, nazənin canan, necin gəlməz, necin gəlməz?
Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir,Nigarım xeyli muddətdir, necin gəlməz, necin gəlməz?
Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır,O yarım harda mehmandır, necin gəlməz, necin gəlməz?
Yanar canım fərağından, tutar konlum sorağındanKi, cıxsın yar otağından, necin gəlməz, necin gəlməz?
Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,Yanımda gulzarım yox, necin gəlməz, necin gəlməz?
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,Könül ancaq onu istər, necin gəlməz, necin gəlməz?
Yetibdir ərş uzə dadım, tutub dunyanı fəryadım,Mənim ol sərvi-azadım necin gəlməz, necin gəlməz?
Макта — последний бейт с тахаллусом поэта. Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,Onun yox dərdinə dərman, necin gəlməz, necin gəlməz?
Kitabxana.az · https://kitabxana.az/ru/works/natavan-qoyubdur-intizarinda-necin-gelmez-necin-gelmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Стихи других поэтов · О любви
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.