Sevgi gözəl bəladı
Sevgi gözəl bəladı,Bəlası mənə gəlsin.Onsuz həyat zülmət idi,Zülmətli günə gəlsin.Yazığı gəlsin mənə,Dolansın, yenə gəlsin.Ən qədim dindi sevgi,Bu dünya dinə gəlsin.İnsandan bu dərd qalır,Ömür gəldi-gedərdi...Ya rəbb, heç vaxt nadanaQıyma bu gözəl dərdi.
Ulu vətən sevgisiSevgilərin tacıdı.Şirinlərdən şirindi,Acılardan acıdı.Onun zülmünü çəkməkRuhun ehtiyacıdı.Bu sevginin töhfəsiZindan, həsrət, ölümdü.Ölümə hazır olmaqÖzü dərin elmdi,Bunu sevənlər bilir.
Azadlığın sevgisiVarlığın sevgisiBu azadlıq deyilənGözəllər gözəlidi.Azadlıq ulu Tanrı,Tanrı bəşərin yanı...
Vətənimin bayrağıXalqımın başı üstəUlu Tanrı əlidi.Məcnunam desəm azdı,Könül bu məhəbbətdənDivanədi-dəlidi.Xoşbəxtlikdən uludu.Mənim bu əziz dərdim.Heyif bircə canım varBu sevginin yolundaYüz min dəfə ölərdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-sevgi-gozel-beladi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
SevgilimŞəhla gözlərini gördüyüm zamanDedim, gül üstünə bir jalə düşmüş.
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,