Məcbur olmayaq
Mərhəmət eyləmək, şirin söz demək.Odu qorumaqdı kül arasında.Tanrıya əyilmək, haqqa baş əymək.Ucalıq sayılır el arasında.
Barı haqq olmaqdan bezməsin haqq da,Ayaqlar altında yorulmasın yol.Bu ağır zamanda, bu bərk ayaqda,Ya rəbb, xalqımıza özün kömək ol!
Beşikdi, məzardı anamız bu yer,Şərəfli övladdı bizim barımız.Düşmənə insaf ver, bizə səbir ver,Qəddar böyüməsin balalarımız.
Ya rəbb, məhəbbətsiz gültək solmasın,Mələklər mələyi, insan uşağı.Bizim qəlbimizdən əskik olmasın,Məhəbbət, mərhəmət, həyat işığı.
İmkan ver, olmayaq yamana-yaman,İnsanlıq gözlədik, insan itirdik.Hər yandan əlimiz üzülən zaman,Sənin dərgahına pənah gətirdik.
Dumana dirənir ömrün yolları,Sil bu dumanları ağıldan, gözdən.Bizə bir yol göstər, ey ulu Tanrı.Sonra utanmayaq tariximizdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-mecbur-olmayaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Misli yoxdur təkliyinSən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.