Vaxtında gəlirsən görüşə hər gün
Vaxtında gəlirsən görüşə hər gün,Deyirəm: – Necəsən?– Niyə, yaxşıyam.Sədəf ulduzlarla göy düyün-düyün,
Başımız üstündən asılır axşam.Külək də son qoyur dəcəl oyuna,Sahilə yıxılır yorğun dalğalar.Mərmər hovuzların sərin qoynunaSöyüd budağından sallanır bahar.Vaxtında gəlirsən görüşə hər gün,“Vaxtında?”vaxtında görüşsəydik biz,İndi yollanmazdıq səssiz-səmirsizİtən cavanlığı axtarmaq üçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-vaxtinda-gelirsen-goruse-her-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.