Əsir düşməyəcəyəm gözəlliyinə,Öpüşlərin dadına...Get məndən şikayət eləMəni yaradana...Sən yaradanaMəndən çox yaxınsan.Yaxın yoxElə bu gözəllikləSən Allahınsan.Yoxsa bu gözləri, bu qaşları,Bu boy, buxunu,Bu baxışlarıYerişindəki qəmzəni,Səsindəki naxışları,Tanrı qızına verərdi...Bizim kimi yazıqlaraNiyə göndərib axı.Sənin kimi gözəl dərdi.Yox sənin boyda dərdi.Mən çəkə bilmərəm,Sən mənim ola-olaMən yer şumlaya bilmərəm.Ağac əkə bilmərəm,Ev tikə bilmərəm.Güldü zalımın qızıÖzündən razı-razıDedi:– Nə Tanrı, nə mələk,Evlənəndən sonraArvadıq, ərik.Yer də şumlayarıq,Ev də tikərik,Uşaq da becərərik!Təslim olub dedim ki,Yəni bacararıq?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов