Bir almaz göndərdim yara yadigar,Almadı almazı, bağrı daş pəri.Könül tələb elər məndən nəyim var,Od tutub cismimi al-ataş, pəri!

Bülbül ayrılığı simətdi gülə,Güləbətin naxış süsən-sünbülə,Altından nimtənə, üstdən silsilə,Sərəndazdan töküb başabaş, pəri!

Bir gözəlin ələyindən ələndim,Bəli dedim, bəlasına bələndim,Yön çevirdim, hər bir yana diləndim,Qurbaniylə görüş, halallaş, pəri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе