II deyişməD ə d ə Y e d i y a rSəndən xəbər alım, Aşıq Qurbani,O nədir ki, göydən haça gəlibdi?Neçə min peyğəmbər gəlib dünyaya?Əfzəli, mürsəli necə gəlibdi?

Q u r b a n iAl cavabın deyim, Dədə Yediyar!O – qələmdir, göydən haça gəlibdir.Yüz iyirmi dörd min peyğəmbər gəldi,On iki imamdır, vecə gəlibdi.

D ə d ə Y e d i y a rO kim idi, onu vursun yol bürkü?Kim idi, qəhrindən atdırdı lökü?Behiştdəki tubb ağacının kökü,Neçə min, neçə min haça gəlibdi?

Q u r b a n iYoldan çıxanları vursun yol bürkü,Peyğəmbər qəhrindən atdırdı lokü.Behiştdəki tubb ağacının kökü,Səksən min, səksən min haça gəlibdi.

D ə d ə Y e d i y a rO nədir ki, olmaz onun çarası?O nədir ki, heç tutulmaz yarası?İsmayıla gələn qoçun anasıHansı ayda, gündə qoça gəlibdi?

Q u r b a n iO – ölümdü, olmaz onun çarası,O – pis sözdü, heç tutulmaz yarası.İsmayıla gələn qoçun anasıÇərşənbə günündə qoça gəlibdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов