III deyişməD ə d ə Y e d i y a rMəndən salam olsun cavan aşığa!Alnımızda yazı nə irəng idi?Yazdıran kim idi, yazan kim idi,Əlində qələmi nə irəng idi?

Q u r b a n iAl cavabın verim, Dədə Yediyar!Alnımızda yazı al irəng idi.Yazdıran Allahdı, yazan ol əmir,Əlində qələmi al irəng idi.

D ə d ə Y e d i y a rNə günü yapıldı Kəbənin daşı?Neçə min il yoldu dünyanın başı?Yer altdakı göy mahinin göz yaşı,Sərində tükləri nə irəng idi?

Q u r b a n iÇərşənbə günü yapıldı Kəbənin daşı,Yetmiş min il yoldu dünyanın başı.Yer altdakı göy mahinin göz yaşı,Sərində tükləri ağ irəng idi.

D ə d ə Y e d i y a rUstaddan dərs alan heç olmaz naşı,Əzəlcə meydana kim gəldi qarşı?Ərşdəki xoruzun neçədir yaşı,Sərində cıqqası nə irəng idi?

Q u r b a n iQurbani meydanda heç olmaz naşı,Əmir Əntər gəldi meydana qarşı.Səksən min il idi xoruzun yaşı,Başında cıqqası al irəng idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов