Gecə-gündüz intizarın çəkməkdən,Yolun gözləməkdən canım üzüldü!Müşkü ənbər qoxur siyah telindən,Niyə gəlməz o karvanım, üzüldü?

Dolanırsan çərxə, bəri baxmazsan,Bülbülüsən, bu gülşənə çıxmazsan,Dindiribən məni yada salmazsan,Bu gərdişdən ol dövranım üzüldü.

Qurbani der: Sözüm qaldı dəxi nə,Könül köçbənd olur zənəxdanına,Bunca dad eylədim şahlar şahına,Gül ki, qəmgin bir zəbanım üzüldü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе