Ağstafanın Qıraqkəsəmən kənd qəbiristanlığında anamla dayım yanaşı dəfn edilib.

Bacı-qardaş yanaşıdı,məzar məzara söykənib.Köhnəlib iki başdaşı,dəmir hasara söykənib.

Bu dünyaya gələn gedib,nə əl çatıb, nə ün yetib.Yovşanlıqda güllər bitib, –Gülzar gülzara söykənib.

Kim daş atdı bu bacadan,keçmədi gəncdən, qocadan.Baxma torpağa ucadan,torpağa Sara söykənib.

Ağstafa, 13 iyul, 1992

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе