Oyuna gendən baxıram,Axara düşüb axıram,Təklənirəm, darıxıram,Elə-belə qocalıram.

Daha üzüm o yanadı,İşim hamısı miyanadı,Hər an bir addım yanadı,Gilə-gilə qocalıram.

Öz qarnını güdə-güdə,“Kişi” oldu gədə-güdə,Onlardan gen gedə-gedə,Gələ-gələ qocalıram.

Yamanca tərsdi qocalıq,Yolumu kəsdi qocalıq,Bilirəm pisdi qocalıq,Bilə-bilə qocalıram.

Arvad-uşaq, bacı-qardaş,Yola salın yavaş-yavaş.Saçımda qar, kirpikdə yaş,Gülə-gülə qocalıram.

Gedən cana nə gələcəkFikrət Qoca gözünü çək,Görən deyir düzələcək!İldən-ilə qocalıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов