Bu küləyi Bakı niyə saxlayıbYatır, durur, çapalayır, döyünür.Dalğalarla dalğalanır, ağlayır,Qayalıqda gileylənir, deyinir.

Daş-divara sürtür soyuq üzünü,Qapımızı döymək ona peşədi.Pəncərəyə elə çırpır özünü,Anlamır ki, sına bilər, şüşədi.

Sanki şeytan kirayəyə tutubduSübhə kimi küçələrdə “işləyir”Nə götürüb, hara gəldi atır o,Təpikləyir, sürütləyir, dişləyir.

Min illərdi bu şəhərdə dolanır,Şuluqluğun səbəbini bilən yox.Ağa kimi küçələrdə dolanır,Ərköyündü, öhdəsindən gələn yox.

Bunu belə şəhər ilə dənizdi,Qızışdırıb üstümüzə göndərən.Baxmaram ki, ərköyündü, əzizdi,Çıxıb yolda dayanaram köndələn.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов