Doğan günəş, yağan qarBu ilk bahar, son bahar,Acı-şirin ağrılar,Ömürdü keçər gedər,Bu dünyada hər nə var,Ömürdən keçər gedər.

Yolun əyrisi, düzü,Dostun, düşmənin sözü,Günün gecə-gündüzü,Ömürdü, keçər gedər.Yolların dağı-düzüÖmürdən keçər gedər.

Zəhmətdən, qorxudan tər...Nə əkmisən onu dər.Qorxaq oğul, igid ər,Zamanla ötər gedər.Xatirəsi yaşayar,Torpaq ömrü üyüdər,Ömürdən keçər gedər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов