Qarı ilə deyişmə
Aşıq HüseynSənə qurban olum nənə,De görüm nə xəbərin var?Reyhandan nə gətirmisən?De görüm nə xəbərin var?
QarıSənə qurban olum oğul,Reyhanı mən qorxutmuşam,Tərifini car eyləyib,Ürəyini ürkütmüşəm.
Aşıq HüseynÖzü məndən söz açdımı?Əli ələ dolaşdımı?Yoxsa sənlə dalaşdımı?De görüm nə xəbərin var?
QarıMətəl qalma gəl bu işə,Düşmə bir özgə təşvişə,Poladı çaxmışam daşa,Dörd bir yanm bərkitmişəm.
Aşıq HüseynAşıq Hüseyn əcəm elli,Reyhan əcəb şirin dilli,Tuba qamət, incə belli,De görüm nə xəbərin var?
QarıNə deyirsən mənə, nənə?Cahan qurban olsun sənə,Bircə müjdə ver sən mənə,İşini möhkəmlətmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-semkirli-qari-ile-deyisme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Deyişmə: Bizdən salam olsun aşıq Nadirə— Məhəmməd:Bizdən salam olsun aşıq Nadirə,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,