Oğulun cavabı
Məni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Bir mələkdim mən uşağlıqda sən etdin yaramaz,Tərbiyən oldu mənə təkcə söyüş, şillə, qapaz!Acımaq bilməzdin əsla halıma bari bir az,Küçəyə atdın ədalətsiz ata, qansız ata!Məni təhrik eləmə alverə, vicdansız ata!
Həyanı, üz suyunu – çünki gərəksizdir – at!Sən, ölüncə bunu tərk etmə, ucuz al, baha sat!Adətindir... tutularsansa, gedib həbsdə yat!İşini tut öz əlində yenə “nöqsansız” ata!Məni təhrik eləmə alverə, vicdansız ata!
Sən də gir bir işə, əlləş, namusun varsa əyə!Ölkədə işsiz adam söylə, dəyər indi nəyə?Düşəcəksən, bunu bil, ən sonu bir gün tələyə!Onda dərdin olacaq, anla ki, dərmansız, ata!Məni təhrik eləmə alverə, vicdansız ata!
“Var-yoxum getdi” deyirsən, bu hərisliksə yetər!Bir məsəldir bu ki, “El ilə gələn, sellə gedər!”Qəsdin etməksə məni indi özündən də betər –Başarar, sanma bunu hər qoca, hər cansız ata!Məni təhrik eləmə alverə, vicdansız ata!
Mən bugündən gedirəm məktəbə, atdım küçəni –Gəl daha paprosu, qəndi, çiti də, boşla məni!Milisə tapşıraram öz əlim, ağzımla səni!Yetişər – etmə imansız məni, imansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!Məni təhrik eləmə alverə, vicdansız ata!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ogulun-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həqiqi olsa idi, sevgilim, məhəbbətimiz,Sevinc ilə yaşadardı bizi həqiqətimiz.
Könlüm açıldı zülfünü gördükdə şanəsizKönlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
Eşqin məni döndərdi, gülüm, bülbülə sənsizEşqin məni döndərdi, gülüm, bülbülə sənsiz,Könlüm tutulur, baxsam əgər bir gülə sənsiz.
Göz mərdümi ki, əşk tökər bir gilə sənsizSəyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,
Стихи других поэтов · Сатира
Эй, чумазый, как ты втерся в наш имущий класс?!Неужели в самом деле ты достоин нас?!
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,