Dila, minnət çəkincə hər vəfasız aşinalərdən,Yaxınlaş dərgəhi-həqqə, uzaqlaş bivəfalərdən.

Hər ahu gözlünün zənciri-zülfün müşk zənn etmə,Əsiri olmamış, cəhd et, qutar canın xətalərdən.

Ayaq tutduqca var qaç, hər dənixislətlə yar olma,Sədaqət, mərhəmət umma bu məsləksiz gədalərdən.

Zəmanə olsa rəyincə, səninlə yar olur aləm,Yaman gündə bütün üz döndərərlər binəvalərdən.

Xətadır indi hər naəhlə dil vermək, rəfiq olmaq,Gədalıqdır, dəyanət gözləmək hər biədalərdən.

Bütün övzai-aləm xalq üçün bir dərsi-ibrətdir,Gərəkdir imtahan almaq tükənməz macəralərdən.

Əgər cənnət ola aləm səfavü zövqdən, Vahid!Bizi tale ayırmaz bir zaman möhnətsəralərdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви