Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldi
Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldi,Gözün fədası, bizi sal xəyalə, gec gəldi.
Tutubdu qəm ürəyim, ver piyalə peydərpeyKi, nəfi-zövq verə bu məlalə, gec gəldi.
Yetir məni xüm ayağinə, tut əlim, saqi!Xilasi-həsrət olum laməhalə, gec gəldi.
Bu ahü naləmi sanma əbəs ki, qorxum odur,Yetər sənə mən edən ahü nalə, gec gəldi.
Qaşın xəyalına düşdükcə, ey kamanəbru!Qəddim misal dönübdür hilalə, gec gəldi.
Günüm qaraldı mənim, badə tez gətir, saqi!Ki, az qalıb yetə ömrüm zəvalə, gec gəldi.
Mürüvvət aləmidir, Vahidəm fərağında,Yetir ümid əlimi bir vüsalə, gec gəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bu-bezmi-isrete-saqi-piyale-gec-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz!
Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Adət belədir, eşq evi biganəsiz olmaz!
Gözətlərəm yolunu – yari mehriban gəlməzGözətlərəm yolunu – yari mehriban gəlməz,Rəqibə yar olub ol məhluqə, güman, gəlməz.
Xilqətdə sənintək, gözəlim, can ola bilməzXilqətdə sənintək, gözəlim, can ola bilməz,Əxlaqı gözəl, sevgili canan ola bilməz!
Стихи других поэтов · О разлуке
Eşq odunnan ataş alıb yanırım,Arzuhalım yetirsəniz bir yara.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Hürriyyət pərisinəSöndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.