Dilim
Dilim, bu öyüdü sənə verirəm,Çox dünya malına sarışma, dilim.Çalış, sən həmişə öz əməyin ye,Haram mal yeməyə alışma, dilim.
Bir məclisə vardın, nitqin olsun lal,Əyləşənlər səndən dərk etsin kamal,Dindirsələr dillən, dinməsən lal qal,Hərcayi danışıb gülüşmə, dilim.
Mənim sözlərimi saxla amanat,Sidqinən dost olan tez tapar murat,İstəsən ki, başın ola salamat,Ağzına gələni danışma, dilim.
Musa oda alışmayıb, nə lazım?Bivəfayla barışmayıb, nə lazım?Haqqım özü sirr açmayıb, nə lazım?Gəl gördüyün sirri sən açma, dilim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-dilim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Derlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.
Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənəkÇəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.