Düşdük
Mən sizə söyləyim, duran cavanlar,Bu səfərdə əcəb tufana düşdük.Dörd tərəfi aldı qarlı dumanlar,Maral bulağında borana düşdük.
Bad fərman gətirib, elədi tüğyan,Çaşdırdı yolları, dolandıq hər yan.Bir ləhzədə zülmət kəsildi cahan,Orda qırılmağı gümana düşdük.
Musanın dərdindən siz olun agah,Bir daşa yoldaşım gətirdi pənah.Üz tutduq Xudaya, biz tapdıq irah,Yüz yol “llah” dedik, amana düşdük.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-dusduk
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi