Bozmolladan baxdım dağlar başına,Gördüm bulud göydə fəqan eyləyir.Baxırsanmı sən qəzanın işinə,Boran yolu kəsib tüğyan eyləyir.

Dağların başını duman alıbdı,Görünməz irahlar qarda qalıbdı.Dedim ki, vaxtımız tamam olubdu,Bad fərman gətirib, tufan eyləyir.

Musa deyər, kimlər gələr sorağa,Kim nə bilir biz gəlmişik bu dağa.Yıxılıb yoldaşım, durmur ayağa,Özünü bir daşa mehman eyləyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов