Göyçənin
Siz eşidin vəsfi-halın söyləyim,Yaxşı camaatdı eli Göyçənin.Adamları saf məhəbbət əhlidi,Cənnətdi çəməni, çölü Göyçənin.
Hər yerdə söylənir Göyçənin adı,Səfalı yaylağı, qurğu busatı.Sürüynən erkəyi, ilxıynan atı,Nə çoxdu dövləti, malı Göyçənin.
Hər dağdan ucadı Çalmalı dağı,Car olub köysündən Qumlubulağı.Əziz saxlayırlar gələn qonağı,Dad verir dahana balı Göyçənin.
Musanın sözlərin eyləyin əzbər,Yazılsın kitablar cəm olsun dəftər.Gəzəsən kəndbəkənd, şəhərbəşəhər,Deyəsən necədi halı Göyçənin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-goycenin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
A bimürvət, mən ha səndən ötəriDüşmüşəm çöllərə, sayılam indi.
KöynəkcəkSəhər vaxtı zəhmət vermə özünə,Ay qabaqlı, qələm qaşlı köynəkcək.
MənBilin, bu yerlərdə ədalət yoxdu,Heç bilmirəm, kimə gedim dada mən.
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Стихи других поэтов
Bir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
Mancılığ ilə gögə uçan bənəmMancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,