Bir gözəl görmüşəm Göyçə elində,Yüz min gözəl ona bərabər olmaz.Yüz min əbrü kaman gəlsə behiştdənBunca əbrü kaman mötəbər olmaz.

Göz baxanda doymaz belə ceyrandan,Görsə ixtiyarlar, çıxar imandan.Yanaqları şölə verir hər yandan,Ərş üzündə belə bir qəmər olmaz.

Musa gəldi, kəndlərində qalmadı,Şirin canın eşq oduna salmadı.Heç yaşınıb bizdən, yaşmaq almadı,Bir belə ev yıxan bəxtəvər olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов