Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.

Kəpənək geydiyimə kimsələr eyb eyləməsin,Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək.

Kəpənək geymişəm, əndişədən azad olubam,Üşümək müşkülünü eylədi asan kəpənək.

Mə’rifət əhlinə gəldi kəpənək ətləsi-xas,Nə rəvadır ki, geyə cahilü nadan kəpənək.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur,Geymədi münkir anı, sandı ki, zindan kəpənək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости